...

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub

Siyasət Materials 17 Avqust 2010 12:10 (UTC +04:00)
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub.
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, avqustun 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayarı qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə barədə fikir mübadiləsi aparılıb, ölkələr arasında hərbi əməkdaşlığın inkişaf dinamikası müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti