Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir V.Javoronkova/
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanda keçiriləcək parlament seçkilərində qısamüddətli müşahidəçilər missiyasının rəhbərini təyin edib.
O, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfanq Qrossrakdır. Bu barədə Trend-ə təşkilatın ofisindən bildiriblər.
Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.
ATƏT Azərbaycana 450 müşahidəçi göndərməyi planlaşdırır, onların 50-si qısamüddətlidir.