...

Brayzanın Azərbaycanda səfir postuna namizədliyinə baxılma tarixi hələlik müəyyən edilməyib – səfirlik

Siyasət Materials 13 Sentyabr 2010 12:15 (UTC +04:00)
ABŞ Konstitusiyasına görə, ölkə Prezidenti tərəfindən irəli sürülən səfirin namizədliyini Senat təsdiq etməlidir. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq bu barədə bazar ertəsi jurnalistlərə bildirib.
Brayzanın Azərbaycanda səfir postuna namizədliyinə baxılma tarixi hələlik müəyyən edilməyib – səfirlik

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M. Əliyev/

ABŞ Konqresinin Senatında Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna namizədliyinə baxılacağı tarix hələlik müəyyən edilməyib.

ABŞ Konstitusiyasına görə, ölkə Prezidenti tərəfindən irəli sürülən səfirin namizədliyini Senat təsdiq etməlidir. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq bu barədə bazar ertəsi jurnalistlərə bildirib.

Avqustun 4-də ABŞ Senatının Xarici əlaqələr komitəsi Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi üzrə səsverməni sentyabra qədər təxirə salıb.

ABŞ-ın müxtəlif ölkələrdə diplomatik nümayəndəliklərinin rəhbəri postuna namizədlərlə görüşdə komitənin sədri Con Kerri səsvermənin təxirə salındığını elan edib.

Onun sözlərinə görə, Metyu Brayzanın namizədliyinə baxılması senator Barbara Bokserin təşəbbüsü ilə təxirə salınıb.

Mayda Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri postuna Brayzanın namizədliyini irəli sürüb.

Stirlinqin sözlərinə görə, bu məsələ Senatın gündəliyində qalır, lakin onun müzakirə olunacağı tarix hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti