...

Belqradda ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılacaq

Siyasət Materials 7 Oktyabr 2010 16:58 (UTC +04:00)
Belqradda ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılacaq.
Belqradda ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılacaq

Azərbaycan, Bakı 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Belqradda ümummilli lideri Heydər Əliyevin heykəli ucaldılacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin cümə axşamı yaydığı məlumata görə, Serbiyanın siyasi rəhbərliyinin dəstəyi ilə Belqrad meriyası və şəhər şurasının iclasında paytaxtın "Taşmaydan" parkının ərazisində görkəmli tarixi şəxsiyyətin - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəlinin ucaldılması barədə qərar qəbul edilib.

Ərazisi 8 hektar olan, paytaxtın tam mərkəzində yerləşən və ən gözəl guşələrindən sayılan "Taşmaydan" parkı belqradlıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanıdır.

Həmçinin, Serbiyanın mədəniyyət beşiyi sayılan Voyevodina muxtar diyarının inzibatı mərkəzi, ölkə paytaxtı Belqraddan sonra ikinci ən iri şəhər Novi Sadda yerli meriya və şəhər şurasının qərarı ilə şəhərin ən gözəl istirahət guşəsi sayılan "Dunay parkı"nda dahi bəstəkar Üzeyir Hacıbəyovun 125 illik yubileyi ilə əlaqədar onun büstü ucaldılacaq.

Xəbər lenti

Xəbər lenti