...

Azərbaycan XİN rəhbəri Tbilisiyə səfər edəcək

Siyasət Materials 11 Oktyabr 2010 13:52 (UTC +04:00)
Cümə axşamı, oktyabrın 14-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfər edəcək. Bu barədə bu gün ənənəvi həftəlik brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.
Azərbaycan XİN rəhbəri Tbilisiyə səfər edəcək

Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Cümə axşamı, oktyabrın 14-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfər edəcək. Bu barədə bu gün ənənəvi həftəlik brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze deyib.

Səfər zamanı Məmmədyarovun gürcü həmkarı Qriqol Vaşadze ilə görüşü planlaşdırılıb. "Həmçinin, yüksəksəviyyəli görüşlər planlaşdırılıb, lakin onlar hələ bu barədə razılığa gəlirlər", - Kalandadze deyib.

Məmmədyarov və Vaşadzenin görüşü haqqında razılıq iki ölkə xarici işlər nazirlərinin Nyu-Yorkda - BMT Baş Assambleyasının 65-ci sessiyası çərçivəsində görüşü zamanı əldə olunub.

"Görüşlərdə ikitərəfli maraqları əks etdirən bütün məsələlər müzakirə olunacaq", - nazir müavini deyib.

Xəbər lenti

Xəbər lenti