...

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Siyasət Materials 12 Oktyabr 2010 21:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnaməsini qəbul etmişdir, - bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verir.
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaralın etimadnaməsini qəbul etmişdir,  -  bu barədə  AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verir. 
Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Jaime Enrike Qarsiya Amaral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Azərbaycanın Meksika Birləşmiş Ştatlarında daimi nümayəndəliyinin fəaliyyətinə toxunan dövlətimizin başçısı ölkəmizin Meksikadakı səfirliyinin Latın Amerikasında Azərbaycanın ilk səfirliyi olduğunu bildirdi və səfirliyin fəaliyyət göstərməsinin hər iki ölkənin bir-birini yaxından tanıması baxımından önəmli olduğunu dedi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Səfir Jaime Enrike Qarsiya Amaral Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsində Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Azərbaycanın Meksikada səfirliyinin fəaliyyətə başlamasını rəmzi bir tarixə - Meksikanın müstəqilliyinin 200, inqilabın isə 100 illiyinə təsadüf etdiyini dedi.

Dövlətimizin başçısı Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Meksikanın dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti