...

Azərbaycanın hakim partiyası seçki ilə bağlı pulsuz efir vaxtı hüququndan imtina edə bilər

Siyasət Materials 13 Oktyabr 2010 15:59 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) pulsuz efir vaxtı hüququndan imtina edə bilər.
Azərbaycanın hakim partiyası seçki ilə bağlı pulsuz efir vaxtı hüququndan imtina edə bilər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) pulsuz efir vaxtı hüququndan imtina edə bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirdiyi mətbuat konfransında YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov bildirib.

"YAP-ın 112 namizədi qeydiyyatdan keçdiyi üçün partiya pulsuz efir vaxtından istifadə etmək hüququ qazanıb. Əgər digər partiyalar pulsuz efir vaxtı hüququnu qazanmasa, YAP bu hüquqdan istifadə etməyəcək. Ancaq hələ namizədlərin qeydə alınması prosesi sona çatmayıb. Digər partiyalar da bu hüququ qazansa, YAP bu hüquqdan istifadə edərək rəqibləri ilə diskussiyalar aparacaq", - Əhmədov əlavə edib.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək. Seçki kampaniyası oktyabrın 15-dən başlayacaq.

Xəbər lenti

Xəbər lenti