...

Gürcüstan və Azərbaycan XİN rəhbərləri sərhəd demarkasiyası məsələsi üzrə intensifikasiya barədə razılığa gəliblər

Siyasət Materials 15 Oktyabr 2010 15:02 (UTC +04:00)
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri sərhədlərin demarkasiya və delimitasiyası məsələlərinin həlli üzrə görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə bu gün Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Qriqol Vaşadze ilə birgə mətbuat-konfransında bəyan edib.
Gürcüstan və Azərbaycan XİN rəhbərləri sərhəd demarkasiyası məsələsi üzrə intensifikasiya barədə razılığa gəliblər

Gürcüstan,Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri sərhədlərin demarkasiya və delimitasiyası məsələlərinin həlli üzrə görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə bu gün Tbilisidə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gürcü həmkarı Qriqol Vaşadze ilə birgə mətbuat-konfransında bəyan edib.

"Bu, görüşümüzün mövzularından biri olub. Biz XİN nümayəndələrinin mövcud məsələ ilə bağlı hazırkı görüş qrafikinə baxmayaraq, həmin prosesi intensivləşdirməyin vacib olduğunu vurğulamışıq. Bu barədə razılıq əldə edilib; bu məsələ birdəfəlik həll olunmalıdır", - o, qeyd edib.

Bununla yanaşı, Məmmədyarov mövcud mövzu ilə bağlı danışıqların gedişindən razı qaldığını da bildirib.

Xəbər lenti

Xəbər lenti