...

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Beynəlxalq İnformasiya Mərkəzi açılıb

Siyasət Materials 25 Oktyabr 2010 19:41 (UTC +04:00)
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bazar ertəsi Bakıda Beynəlxalq İnformasiya Mərkəzinin açılışı olub.
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Beynəlxalq İnformasiya Mərkəzi açılıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar bazar ertəsi Bakıda Beynəlxalq İnformasiya Mərkəzinin açılışı olub.

Layihənin əsas məqsədi qarşıdan gələn parlament seçkiləri zamanı beynəlxalq kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinə informasiya dəstəyinin göstərilməsidir.

Beynəlxalq İnformasiya Mərkəzində seçkilərlə bağlı gündəlik məlumatlar əldə ediləcək, seçkilərdə rəsmi akkreditasiyanın alınmasında, deputatlığa namizədlər və seçki prosesində iştirak edən digər tərəflərlə görüşlərin təşkilində xarici jurnalistlərə kömək göstəriləcək.

İnformasiya mərkəzində Azərbaycana gələcək xarici jurnalistlərin fəaliyyəti üçün bütün lazımi şərait yaradılıb.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti