...

Azərbaycanda parlament seçkilərinin gedişini təxminən 70 ölkədən olan müşahidəçilər izləyəcək

Siyasət Materials 28 Oktyabr 2010 18:02 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərinin gedişini izləmək üçün 69 ölkədən 859 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Azərbaycanda parlament seçkilərinin gedişini təxminən 70 ölkədən olan müşahidəçilər izləyəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda parlament seçkilərinin gedişini izləmək üçün 69 ölkədən 859 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bu barədə cümə axşamı Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, ölkədə seçkilərin gedişini izləmək üçün 2417 xarici və yerli müşahidəçi qeydiyyata alınıb. Dairələrdə müşahidə aparmaq üçün isə 29 546 müşahidəçi qeydiyyatdan keçib.

Pənahovun sözlərinə görə, beləliklə, Azərbaycanda müşahidəçilərin ümumi sayı 33 minə çatıb.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistem üzrə aparılır.

Xəbər lenti

Xəbər lenti