...

Azərbaycanda NATO günlərinə start verilib

Siyasət Materials 1 Noyabr 2010 12:31 (UTC +04:00)
Bu gündən Azərbaycanda NATO günləri başlayıb. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.
Azərbaycanda NATO günlərinə start verilib

Azərbaycan, Bakı, 01 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gündən Azərbaycanda NATO günləri başlayıb. Bu barədə bazar ertəsi Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, NATO günləri noyabrın 5-nə kimi davam edəcək.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub.

Azərbaycan 2005-ci ildən NATO ilə ikiillik müddətə hesablanan "Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı" çərçivəsində əməkdaşlıq edir. Hazırda əməkdaşlıq 2008-2010-cu illəri əhatə edən "Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Əməkdaşlığın əsas istiqamətlərinə silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə planlaşdırması və müdafiə büdcəsinin formalaşdırılması, NATO-nun norma və standartlarından istifadə etməklə silahlı qüvvələrin bütün strukturlarının yenidən qurulması daxildir.

1999-cu ildən etibarən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosova, İraq, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatların keçirilməsinə dəstək verib.

Xəbər lenti

Xəbər lenti