...

Prezident İlham Əliyev əvvəl imzalanmış bir sıra sənədləri təsdiq edilb

Siyasət Materials 12 Noyabr 2010 21:56 (UTC +04:00)
Prezident İlham Əliyev 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol”un təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident İlham Əliyev əvvəl imzalanmış bir sıra sənədləri təsdiq edilb

Prezident İlham Əliyev 2010-cu il sentyabrın 17-də Sankt-Peterburq şəhərində imzalanmış "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol"un təsdiq edilməsi barədə sərəncam imzalayıb.  Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılıb ki, Protokolun həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

Prezident digər sərəncam ilə 2008-ci il oktyabrın 10-da Bişkek şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərt ilə imzalanmış "Dövlət tərəfindən mühafizə olunmalı şəxslərin təhlükəsizliyinin təmin edilməsi sahəsində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyəti haqqında Saziş"i təsdiq edib.

Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılıb ki, Sazişin həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti