Bu gün Ermənistan bütün regional işlərdən təcrid olunub - Prezident İlham Əliyev (FOTO)

Bu gün Ermənistan bütün regional işlərdən təcrid olunub - Prezident İlham Əliyev (FOTO)

Biz bu gün Ermənistanı bütün regional işlərdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Ermənistan daha da ağır iqtisadi və sosial vəziyyətə düşəcəkdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Horadiz Olimpiya İdman Kompleksinin açılışından sonra Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxışı zamanı bildirib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. 

"Azərbaycanda milli vətəndaş həmrəyliyi vardır. Hamımız bir nöqtəyə vurmalıyıq və vururuq. Bizim üçün işğal edilmiş torpaqların azad olunmasından vacib məsələ yoxdur. Demək olar ki, ciddi məsələlərin arasında buna bənzər və ikinci belə məsələ yoxdur. Çünki biz bütün başqa sahələrdə istədiyimizə nail oluruq. İnsanların yaşayış səviyyəsi yüksəlir, sosial müdafiə güclənir, iqtisadiyyat artır.
Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək, istənilən yolla həll edək. Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək. Ancaq əfsuslar olsun ki, hələ bu, mümkün deyildir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması siyasəti, bax, bugünkü vəziyyətin dondurulmasına xidmət göstərir. Ancaq buna baxmayaraq, biz səylərimizi qoyacağıq, siyasətimizi gücləndirəcəyik. Onsuz da biz bu gün Ermənistanı bütün regional işlərdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Ermənistan daha da ağır iqtisadi və sosial vəziyyətə düşəcəkdir. Mənim buna şübhəm yoxdur. Əgər Ermənistana xaricdən maddi yardımlar göstərilməsəydi, artıq çoxdan o ölkədə iqtisadi və sosial şərait dözülməz vəziyyətə düşərdi", İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın imkanları ilə Ermənistanın imkanlarını müqayisə etmək mümkün deyildir.

"Əgər müharibə dövründə, xüsusilə Ermənistana o vaxt göstərilmiş xarici dəstək nəticəsində demək olar ki, qüvvələr nisbəti bərabər idisə, artıq biz çoxdan bu qüvvələr nisbətini öz xeyrimizə dəyişdirə bilmişik. Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və biz istədiyimizə nail olacağıq. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz şəhərlərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. O gün gələcək və biz hamımız - bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır", İlham Əliyev deyib.

Azərbaycan Prezidenti Füzuli rayon ictimaiyyətinin nümayəndələrini Olimpiya İdman Kompleksinin açılışı münasibətilə bir daha təbrik edib.

"Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, əlamətdar bir gündür. Füzuli rayonunda gözəl Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.
Bilirsiniz ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdman Azərbaycanda artıq çox sürətlə inkişaf edibdir. Bizim idmançılar Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Dünya, Olimpiya çempionatlarında idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edirlər. Son illər ərzində idman sahəsində görülən işlər bizi çox sevindirir. Beynəlxalq idman ictimaiyyəti də uğurlarımızı qiymətləndirir. Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, gənc nəslin yetişdirilməsi işləri Azərbaycanda çox sürətlə gedir. Təsadüfi deyil ki, gənclərimiz, yeniyetmələrimiz bu yaxınlarda keçirilmiş gənclər arasındakı birinci Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmişlər və dünya miqyasında 10-cu yeri tuta bilmişlər. Bu onu göstərir ki, bizdə idmanda ardıcıllıq var, gənc nəsil yetişir. Bunu etmək, əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait lazımdır. Bax belə gözəl olimpiya komplekslərinin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Mən çox şadam ki, bu gözəl, möhtəşəm olimpiya kompleksi Füzulidə tikilmişdir və bütün standartlara cavab verir. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, bu imkanlardan təkcə idmançılar deyil, eyni zamanda, rayon sakinləri də istifadə edəcəklər. Burada hər cür şərait yaradılıb. Əminəm ki, Azərbaycan gələcəkdə də idman sahəsində beynəlxalq Olimpiya hərəkatında öz sözünü deyəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər", İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmanda qazanılan qələbələr insanların vətənpərvərlik hisslərini daha da gücləndirir.

"Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, onlar Vətən üçün işləməlidirlər, çalışmalıdırlar, Vətəni müdafiə etməlidirlər. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın inkişafında fəal rol oynayacaqlar. Biz elə etməliyik ki, ölkəmizin inkişafı dayanıqlı, uzunmüddətli olsun, biz müstəqil dövlət kimi bundan sonrakı bütün dövrlərdə də həmişə yüksək səviyyədə olaq.
Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi, sosial məsələlərin həlli, infrastruktur layihələrinin uğurla icrası artıq reallıqdır. Biz buna daxili imkanlarımız hesabına nail ola bilmişik. Azərbaycanın beynəlxalq nüfuzu artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycan bu bölgədə bir neçə önəmli təşəbbüslərin müəllifidir və təşəbbüslərimiz reallaşır. Bu, ölkəmizi daha da gücləndirir. Azərbaycanda vətəndaş həmrəyliyi tam bərqərar olunubdur. Xalqla iqtidar arasında birlik mövcuddur. Bu amillər hər bir ölkənin inkişafı üçün əsas şərtlərdir. Nəzərə alsaq ki, Azərbaycanda siyasi sabitliklə bərabər dünya miqyasında ən sürətli iqtisadi inkişaf da müşahidə olunur, onda biz görərik ki, ölkəmizin inkişafı həqiqətən çoxşaxəlidir.
Bölgələrdə gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, bölgələrin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan bölgələrin inkişafı ilə zənginləşəcəkdir. Biz çalışmalıyıq ki, bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə normal yaşayış üçün yaxşı şərait olsun, sosial məsələlər həllini tapsın, bütün infrastruktur layihələri icra edilsin. Son illər bölgələrdə aparılan işlər bizə bugünkü reallığı bəxş edir. Şəhərlərimiz gözəlləşir, abadlaşır, yollar, elektrik, qaz xətləri çəkilir, bütün infrastruktur yeniləşir. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq biz bunu edirik və etməliyik ki, ölkəmizi hərtərəfli inkişaf etdirək", İlham Əliyev çıxışında deyib. 

Prezident 2010-cu ilin də Azərbaycan üçün uğurlu olduğunu bildirib.

"Bu ilin yekunları, - baxmayaraq ki, il hələ başa çatmayıbdır, artıq yekunlardan söhbət etmək mümkündür, - göstərir ki, 2010-cu il də Azərbaycan üçün uğurlu olmuşdur, qarşıda duran bütün vəzifələr icra edilmişdir və biz gələcəyə də çox böyük nikbinliklə baxırıq. Bizim artıq güclü sənaye potensialımız, böyük maliyyə imkanlarımız vardır, iqtisadi inkişaf təmin edilibdir və ən önəmlisi, Azərbaycan xalqı öz taleyinin sahibidir. Siyasətimizi özümüz müəyyən edir, formalaşdırır və aparırıq. Azərbaycan bölgədə müstəqil siyasət aparan ölkələrdəndir. Bu siyasətin əsas mahiyyəti Azərbaycan xalqının milli maraqlarını təmin etməkdir. Biz bunu edirik və bundan sonra da edəcəyik",  İlham Əliyev bildirib.

"Mən çox şadam ki, bu gün Füzuli rayonunda bir neçə gözəl tədbirdə iştirak edirəm. Buraya gəlməzdən əvvəl yeni, gözəl Muğam Mərkəzinin - muğam evinin açılışında iştirak etmişəm. Çox gözəl, möhtəşəm Muğam Mərkəzidir. Həm orada sinif otaqları, həm də gözəl konsert zalı, yay konsert zalı yaradılıbdır. Mən çox şadam ki, memarlığı ilə seçilən belə möhtəşəm və gözəl muğam evi məhz Füzulidə - Qarabağ torpağında fəaliyyətə başlayır.
Bu gün, eyni zamanda, Füzulidə tibb mərkəzinin açılışı gözlənilir. Bu da çox vacib obyektdir. Mənim təşəbbüsümlə tikilmişdir və istifadəyə veriləcəkdir. Yəni burada tibb məsələlərinin ən yüksək səviyyədə həll olunması üçün bütün şərait vardır. Artıq tibbi xidmət almaq üçün başqa yerə getməyə ehtiyac qalmır. Burada artıq ən müasir avadanlıq quraşdırılıb. Ümid edirəm ki, tibb mərkəzində çalışan həkimlər vətəndaşlara yaxşı xidmət göstərəcəklər.
Bu sahə də bizim üçün prioritet sahədir. Yəni, hər bölgədə idman kompleksləri, gözəl xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Bu, insanların normal yaşaması üçün lazımdır. Məhz bu təqdirdə ölkə hərtərəfli inkişaf edə bilər. Əgər ölkənin təkcə bir şəhəri, paytaxtı inkişaf edirsə, bölgələr geridə qalırsa, o ölkənin böyük gələcəyi ola bilməz. Bizim siyasətimiz ondan ibarətdir ki, ilk növbədə, bölgələr qalxsın, canlansın, inkişaf etsin. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi məhz o məqsədi güdürdü. Biz qarşıya qoyduğumuz məsələlərə nail olduq - Azərbaycanda 900 min yeni iş yerləri açılmışdır. Minlərlə yeni müəssisələr, fabriklər, zavodlar, sosial obyektlər, iki mindən artıq məktəb, yüzlərlə xəstəxana - bunlar bizim gördüyümüz işlərdir", Prezident deyib.

Dövlət başçısı bildirib ki, müharibədən əziyyət çəkmiş bölgələrdə belə gözəl binaların, müəssisələrin yaradılması, əlbəttə ki, xüsusi məna daşıyır.

"Siz, burada yaşayan insanlar yaxşı bilirsiniz ki, buralar erməni işğalı altında idi. Füzuli rayonunun demək olar ki, hamısı işğal altına düşmüşdü. Amma Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Füzuli rayonunun müəyyən hissəsi işğalçılardan azad edilibdir. Burada bütün binalar dağıdılmışdı, yandırılmışdı. Bu binalar bərpa olundu. Minlərlə bina, sosial infrastruktur bərpa olundu, Horadiz qəsəbəsinə şəhər statusu verildi. Bu gün abadlıq işləri aparılır, gözəl müəssisələr, obyektlər açılır. Burada qazlaşdırma aparılır və mən göstəriş vermişəm ki, bu iş daha da sürətlə görülsün. Füzuli rayonunun qaz problemi maksimum dərəcədə öz həllini tapmalıdır.
Bu, onu göstərir ki, Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir. Buralar hamısı dağıdılmışdı. Bu gün Horadiz gözəlləşir, abadlaşır, müasirləşir. Ermənistan şəhərləri ilə müqayisə aparsaq, şəhərlər arasında yerlə göy qədər fərq vardır. Yəni, bu, Azərbaycan xalqının gücünü göstərir. Bu, onu göstərir ki, biz bu gün hələ də işğal altında qalan torpaqlara qayıdandan sonra orada da mütləq belə gözəl şərait yaradacağıq. Orada da binalar, evlər tikiləcək, gözəl parklar salınacaqdır. O gün gələcək, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Azərbaycan son illər ərzində çox güclənibdir. Bunu həm düşmən, həm də dünya bilir. Onu da bilirik ki, bundan sonrakı illərdə biz daha da güclü dövlət quracağıq, daha da qüdrətli Azərbaycan quracağıq! Bizim iradəmiz, siyasətimiz, imkanlarımız və maliyyə mənbələrimiz vardır.
Əziz füzulililər, mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Mən birinci dəfə deyil ki, Füzulidə oluram. Hər dəfə burada olanda, yenilikləri görəndə çox sevinirəm. Əminəm ki, siz də bu fikirlərə şəriksiniz. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun", İlham Əliyev çıxışında söyləyib.

Sonra karate üzrə dünya və Avropa çempionu Vüsal Ələsgərov Füzuli rayonunun sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Daha sonra idmançıların nümunəvi çıxışları və incəsənət ustalarının konsert proqramı oldu.

Foto - www.azertag.com

“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib
Loading Bars
Xəbər lenti
Bakıda yaşayış binasında yanğın olub
Azərbaycan UEFA əmsallar cədvəlində 26-cı pilləyə yüksəlib
Avropa Liqası: "Vest Hem" evdə, "Qalatasaray" səfərdə qələbə qazandı (NƏTİCƏLƏR)
Suriyada meşələrin yandırılmasına görə 24 nəfər edam edilib
Zəfər xronikası 22 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyevanın Trend İnformasiya Agentliyinə müsahibəsi
44 günlük Vətən müharibəsinin xronikası: 22 oktyabr
Türkiyə kəşfiyyatçıları İraqda 5 PKK terrorçusunu zərərsizləşdirib
Azərbaycanla İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)
"Qarabağ" Konfrans Liqasında növbəti qələbəsini qazanıb
Milli Məclisin sədri ATƏT PA-nın sədri ilə görüşüb (FOTO)
Milli Məclisin sədri Parlament Sədrlərinin Avropa Konfransında çıxış edib (FOTO)
Putin Qarabağla bağlı açıqlama verdi
Rusiya və Çin hərbi blok yaratmır - Putin
Türkiyədə son sutkada koronavirusdan 29 160 nəfər sağalıb
Azərbaycan əhalisi benzin və dizelə 2 milyard manata yaxın pul xərcləyib
İranla Azərbaycan arasındakı gərginlik dövlətimizin haqlı olduğunu sübuta yetirdi - ŞƏRH
Zığ şosesi yaxınlığında ağaclıq ərazi yanıb
Azad olunan ərazilərə ceyranlar nə vaxt buraxılacaq? - RƏSMİ
Rumıniya prezidenti yeni hökumətin formalaşdırılmasını müdafiə nazirinə tapşırıb
Hərbi Liseydə şəhid məzunların xatirəsi anılıb (FOTO/VİDEO)
Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır - Zaxarova
Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
Aİ nümayəndəliyinin rəhbəri post-müharibə dövründə Azərbaycana maliyyə dəstəyi barədə danışıb
Kamran Əliyev yenidən Beynəlxalq Prokurorlar Assosiasiyasının Vitse-prezidenti seçilib (FOTO)
Dövlət qulluğunda vəzifə tutmaq istəyənlər üçün imtahan keçiriləcək
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Zəngilan səfərindən görüntü paylaşıb (VİDEO)
Onlayn narkotik satan narkomafiyaya hökm oxundu
Türkiyə hərbçisi antiterror əməliyyatında həlak olub
Oktyabrın 22-nə USD/AZN rəsmi məzənnəsi
3 rayona yeni prokuror təyin edildi
Qanunsuz ov edən ərəblər saxlanıldı
Abşeronda 4 şəhidin il mərasimi keçirilib (FOTO)
ARDNF yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlayıb
İspaniyada püskürən vulkan 2 mindən çox tikiliyə ziyan vurub
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Könül Nurullayeva MDB Gənclər Parlamentlərarası Assambleyasında Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb (FOTO)
Hərbi Akademiyada beynәlxalq elmi-praktik konfrans keçirilir (FOTO)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni SİYAHISINI açıqlayıb
Direktor müavini olmaq istəyənlər üçün əlavə müsahibə keçirilir
Sabah külək əsəcək
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu keçdi
Azərbaycanda 2 005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb
BDU və MDU-nun birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib (FOTO)
“Tut əlimdən”: bu dəfə şəhid Rəhim Hüseynovun övladları ilə nazir müavini yaddaqalan gün keçirdi (FOTO)
"Gənclik" metrostansiyası bu gün gücləndirilmiş rejimə keçir
Bakıda Macarıstan Universiteti Forumu çərçivəsində məzunların görüşü olub
Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub
Bu ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri nə qədər olub? - HESABAT
Buster doza ilə peyvəndləmə xüsusilə risk qrupuna aid olan vətəndaşlar üçün vacibdir
Azərbaycan və Qazaxıstan arasında Əməkdaşlıq Memorandumu imzalanıb
2021-ci ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlirləri AÇIQLANDI
Müharibə əlilləri evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməyəcək
Sosial iş yerlərində və özünüməşğulluqda, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək - QANUN
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb - İBF-in vitse-prezidenti (VİDEO)
"Memar Əcəmi" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb (FOTO)
Konqoda 160-dan çox uşaq naməlum xəstəlikdən ölüb
Vaxt keçdikcə COVİD-19-un fərqli növlərini görəcəyik, vaksinasiya sürətləndirilməlidir - İnfeksionist
Kaspersky dünya üzrə kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb (FOTO)
UNEC rektoru Prezident təqaüdçüləri ilə görüşüb (FOTO)
Lökbatan qəsəbəsində Vətən müharibəsinin şəhidləri anılıb (FOTO)
İranda 178 nəfər koronavirusdan ölüb
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb (FOTO)
Baş Prokurorluq qətlə yetirilən 10 yaşlı Nərminin qan uyğunsuzluğu məsələsini aydınlıq gətirdi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Delta plyus” ikiqat mutasiya olunub, daha tez yayılır - TƏBİB-dən XƏBƏRDARLIQ
Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib - Ərdoğan
Türkiyə Prezidenti Azərbaycana səfər edəcəyini təsdiqlədi
ADU-nun rektoru Kamal Abdulla ingilis professorları ilə görüşüb
Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib
“Texnomart” mağazalar şəbəkəsi rebrendinq edib (FOTO)
BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti ustad dərs keçirilib (FOTO)
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)
AzMİU-da “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycandan Gürcüstana 3,2 milyon tondan çox neft nəql olunub
BNA sərnişinlərin ən çox şikayət etdiyi daşıyıcı şirkətlərin adlarını açıqlayıb (SİYAHI)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Göyçayda keçirilib (FOTO)
Vahid Ələkbərov Yelo Bankın yeni baş ofisinin açılışında iştirak etdi (FOTO)
Səbaildə tarixi binaların üzərindəki havalandırma boruları sökülür (FOTO)
Cərrahiyyə əməliyyatından sonra ürəkbulanma və qusmaya səbəb nədir?
Bakıda daha bir küçə təmir olunub (FOTO)
Türk Dünyası (turkic.world) layihəsi informasiya tələbatına cavab verir - Türkiyə Prezidentinin baş müşaviri
Bərdə doğum evində ana ölüb
Bank Respublika üçüncü rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib
"Bavariya"nın baş məşqçisi koronavirusa yoluxub
Prezident İlham Əliyev: Şəhid olmuş hər bir insan Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhriyar Məmmədyarovun atası ilə səmimi söhbət ediblər
Prezident İlham Əliyev: Xalqımız işğal dövründə öz doğma torpaqlarını unutmadı
Prezident İlham Əliyev: Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək
Şəkidə nar ağaclarında zərərvericilər aşkarlanıb
Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin ilkin konseptual layihəsi hazırlanıb (FOTO)
Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib
Hər bir ölkənin gücünü müəyyən edən əsas amil milli həmrəylikdir - Tahir Budaqov (FOTO)
“Azərpoçt” yeni layihəyə başlayır
Kapital Bank yeni “Kliklə ödə” xidmətini təqdim edib
Qarabağa qanunsuz yük daşımaya görə saxlanılan iki İran vətəndaşı ölkələrinə qaytarılıb
Zakir Həsənov Kəlbəcər və Laçında hərbi hissələrin qışa hazırlığını yoxlayıb (FOTO/VİDEO)
Bakıda 1722 manata kirayə mənzillər verilir
Xarici valyutaların manata qarşı məzənnələri
Britaniya Səhiyyə Nazirliyi koronavirusun yeni ştammını təhlükəli hesab etmir
Bütün xəbərlər