...

İran Prezidenti Xəzər sammitindən bir gün əvvəl Bakıya səfər edəcək

Siyasət Materials 16 Noyabr 2010 13:39 (UTC +04:00)
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, Prezident Mahmud Əhmədinejad Xəzər dənizinin statusu ilə bağlı noyabrın 18-də Bakıda keçiriləcək zirvə görüşlərindən bir gün əvvəl Azərbaycana səfər edəcək.
İran Prezidenti Xəzər sammitindən bir gün əvvəl Bakıya səfər edəcək

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, Prezident Mahmud Əhmədinejad Xəzər dənizinin statusu ilə bağlı noyabrın 18-də Bakıda keçiriləcək zirvə görüşlərindən bir gün əvvəl Azərbaycana səfər edəcək. Məlumatı MEHR agentliyi yayıb.

Mehmanpərəst deyib ki, Prezident Əhmədinejad sammitdən bir gün əvvəl Azərbaycan rəsmiləri ilə ikitərəfli görüş keçirəcək.

Noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək. Sammitdə Xəzəryanı ölkələrin hamısının - Rusiya, İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan - prezidentlərinin iştirakı təsdiqlənib. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanacağı gözlənilir.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti