...

Azərbaycanın hakim partiyasının sədr müavini norveçli diplomatla görüşüb

Siyasət Materials 24 Yanvar 2011 13:50 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın mənzil qərarqahında Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqlə görüşüb.
Azərbaycanın hakim partiyasının sədr müavini norveçli diplomatla görüşüb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir T.Hacıyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın mənzil qərarqahında Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqlə görüşüb.

YAP-ın mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, görüşdə Azərbaycan Respublikası və Norveç Krallığı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ölkələrimiz arasında enerji sektorunda mövcud olan çox geniş, faydalı münasibətlər digər sahələrdə də yaradılmalı və inkişaf etdirilməlidir.

Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

Xəbər lenti

Xəbər lenti