...

Azərbaycanlı deputat vətəndaşları İrana getməməyə çağırıb

Siyasət Materials 1 Fevral 2011 13:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı deputat vətəndaşları İrana getməməyə çağırıb.

"Mən Azərbaycan vətəndaşlarını bundan sonra İrana getməməyə çağırıram. Çünki Azərbaycandan İrana gedən azərbaycanlı gənclərin əksəriyyəti narkomaniyaya cəlb olunur", - Trend-in məlumatına görə, bu sözləri millət vəkili Zahid Oruc Parlamentin iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, statistikaya nəzər salsaq, bu gün İran regionda ən böyük narkotik maddə ixracatçısıdır.

O, vurğulayıb ki, Tehranın Azərbaycanla viza rejimini ləğv etməsi məhz buna xidmət edir.

"Eyni zamanda, İranın Gürcüstanla viza rejimini ləğv etməsi də bunun üçündür. Nəzərə alsaq ki, Gürcüstanın xeyli hissəsində azərbaycanlılar yaşayır, İranın məqsədi azərbaycanlılar yaşayan ərazilərdə narkotik maddələrin transferini sərbəstləşdirməkdir. Əks halda, Azərbaycan və Gürcüstan İran üçün o qədər də əhəmiyyət daşımır. İranın regionda yeritdiyi siyasətin başlıca məqsədi azərbaycanlıları fiziki şəkildə məhv etməkdir", - deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti