...

Qazaxıstanda növbədənkənar prezident seçkiləri haqqında qanun layihəsi təsdiqlənib

Siyasət Materials 3 Fevral 2011 10:54 (UTC +04:00)
Cümə axşamı Astanada Məclisin (parlamentin aşağı palatası) plenar iclasında növbədənkənar prezident seçkiləri haqqında qanun layihəsi yekdilliklə təsdiqlənib.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri haqqında qanun layihəsi təsdiqlənib

Qazaxıstan, Astana, 3 fevral /Trend, müxbir A.Maratov/

Cümə axşamı Astanada Məclisin (parlamentin aşağı palatası) plenar iclasında növbədənkənar prezident seçkiləri haqqında qanun layihəsi yekdilliklə təsdiqlənib.

"'Qanunun lehinə 104 deputat səs verib, hamı təsdiqləyib", - Məclisin spikeri Ural Muhamedjanov bildirib.

Qanun layihəsi ən yaxın zamanda baxılmaq üçün Senata göndərilib.

Ötən çərşənbə axşamı Məclisə "Qazaxıstanın bəzi Konstitusiya qanunlarına əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi daxil olub. Həmin sənədə görə, növbədənkənar prezident seçkiləri prezidentin qərarı ilə təyin olunur və təyin edilməsindən iki ay sonra keçirilir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ötən bazar ertəsi növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul edib. Qərar Konstitusiya Şurasının "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi haqqında" qanunu qəbul etməsindən sonra qəbul edilib. Qanun 2012-ci ildə keçiriləcək seçkilər əvəzinə hazırkı dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilədək uzadılması üzrə referendumun keçirilməsini nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti