...

Medvedev bütün Rusiyada müntəzəm olaraq nəqliyyatda terror əleyhinə təlimlər keçirilməsini tapşırıb

Siyasət Materials 11 Fevral 2011 17:31 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev bütün Rusiya ərazisində adamların nəqliyyatda və nəqliyyat infrastrukturu obyektlərində terror əleyhinə müdafiəsini təmin etmək üçün müntəzəm təlimlər keçirilməsi barədə tapşırıq verib. Bu barədə cümə günü Kremlin mətbuat xidməti xəbər verib.
Medvedev bütün Rusiyada müntəzəm olaraq nəqliyyatda terror əleyhinə təlimlər keçirilməsini tapşırıb

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Rusiya Prezidenti Dmitri Medvedev bütün Rusiya ərazisində adamların nəqliyyatda və nəqliyyat infrastrukturu obyektlərində terror əleyhinə müdafiəsini təmin etmək üçün müntəzəm təlimlər keçirilməsi barədə tapşırıq verib. Bu barədə cümə günü Kremlin mətbuat xidməti xəbər verib.

Məlumatda deyilir ki, prezidentin tapşırığına əsasən, FTX-nin direktoru Aleksandr Bortnikov, daxili işlər naziri Rəşid Nurqaliyev, FHN rəhbəri Sergey Şoyqu, müdafiə naziri Anatoli Serdyukov və nəqliyyat naziri İqor Levitin 2011-ci il aprelin 1-dək Rusiyanın bütün subyektlərində adamların nəqliyyatda və nəqliyyat infrastrukturu obyektlərində, kütləvi şəkildə olduqları başqa yerlərdə terror əleyhinə müdafiəsini təmin etmək üçün sistemli əsasda kompleks planı hazırlayıb Milli Antiterror Komitəsinin iclasında təsdiq etməlidirlər. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti" yazır.

Medvedev nəqliyyatın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin zəruriliyi barədə yanvarın 24-də Moskvanın "Domodedovo" aeroportunda baş verən və 36 insanın həyatına son qoyan terror aktından sonra bəyan edib. Dövlət başçısı nəqliyyatın təhlükəsizliyi ilə bağlı bəzi tapşırıqlar verib, o cümlədən müvafiq texniki vasitələrin hazırlanması üzrə strukturların yaradılması məsələsinə baxılmasını, vəsaitlərin səmərəli xərclənməsinin yoxlanılmasını, kinoloji xidməti genişləndirməyi və iyul ayınadək Dövlət Dumasında partlayıcı qurğuların və pirotexnikanın markalanması haqqında qanun layihəsinin qəbul edilməsini tapşırıb.

Cümə axşamı, fevralın 10-da dövlət başçısı təhlükəsizliyin təmin olunması işlərinin necə qurulduğunu görmək üçün Moskvanın Kiyev vağzalına gəlib. Vağzala səfər prezidentin qrafikində qabaqcadan nəzərdə tutulmayıb və həmin nəqliyyat qovşağının əməkdaşları və oradakı milis işçiləri üçün tamamilə gözlənilməz olub. Vağzalın binasına çıxarkən prezidenti heç bir milis əməkdaşı qarşılamayıb, həmçinin bir dənə də olsa metalaxtaran qurğuya rast gəlinməyib.

Medvedev RDY rəhbərliyinə üç gün ərzində dəmiryol nəqliyyatında təhlükəsizlik üzrə qayda yaratmağı tapşırıb.

Xəbər lenti

Xəbər lenti