...

Tehranda Yaponiya səfirliyinin işçisi həbs olunub

Siyasət Materials 16 Fevral 2011 10:53 (UTC +04:00)
Ötən gün Yaponiyanın Tehrandakı səfirliyinin iranlı işçisi həbs olunub. Bu barədə Trend İranın asriran.com saytına istinadən məlumat verir.
Tehranda Yaponiya səfirliyinin işçisi həbs olunub

Ötən gün Yaponiyanın Tehrandakı səfirliyinin iranlı işçisi həbs olunub. Bu barədə Trend İranın asriran.com saytına istinadən məlumat verir.

Məlumata əsasən, həbs olunmuş səfirlik işçisi müxalifətin fevralın 14-də Tehranda keçirilən mitinqlərində iştirakda ittiham olunur.

Fevralın 14-də İspaniyanın Tehrandakı konsulu da İranın təhlükəsizlik qüvvələri tərəfindən bir müddət saxlanılıb, daha sonra azadlığa buraxılmışdı.

İranın müxalifətyönlü İnternet saytlarının məlumatına əsasən, ötən gün Tehranda və İranın digər şəhərlərində müxalifət Misir və Tunis xalqlarına dəstək aksiyası keçirmək istəyib. Nümayişçilərlə polis arasında toqquşmalar baş verib. İran polisi Tehranda keçirilən aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində azı 1 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən artıq etirazçı isə saxlanılıb.

İranın MEHR xəbər agentliyinin məlumatına əsasən, ötən günkü hadisələrdə 1 nəfər həlak olub, bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. İran Polis Komandanlığının rəis müavini Əhmədrza Radan ötən günkü hadisələrdə 9 polis əməkdaşının yaralandığını bildirib.

Xəbər lenti

Xəbər lenti