...

Tatarıstan Prezidenti Heydər Əliyev Fondunda olub

Siyasət Materials 2 Mart 2011 12:16 (UTC +04:00)
Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov martın 2-də Heydər Əliyev Fondunda olub
Tatarıstan Prezidenti Heydər Əliyev Fondunda olub

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov martın 2-də Heydər Əliyev Fondunda olub.

Trend-in məlumatına görə, qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fond haqqında məlumat verilib.

Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən Tatarıstan Prezidenti və onu müşayiət edən şəxslər görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstəriblər.

Tatarıstan Respublikasının Prezidenti Fondun xatirə kitabına ürək sözlərini yazıb.
Qonağa xatirə hədiyyəsi təqdim olunub.

Rüstəm Minnixanov Heydər Əliyev Fonduna hədiyyə təqdim edib.

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Xəbər lenti

Xəbər lenti