...

Türkiyənin nüfuzlu qəzetində Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış Xocalı qətliamından bəhs edən klip barədə məqalə dərc olunub

Siyasət Materials 2 Mart 2011 18:41 (UTC +04:00)
Türkiyənin nüfuzlu "Sabah" qəzetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış Xocalı qətliamından bəhs edən klip barədə məqalə dərc olunub.
Türkiyənin nüfuzlu qəzetində Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış Xocalı qətliamından bəhs edən klip barədə məqalə dərc olunub

Azərbaycan, Bakı, 2 mart /Trend/

Türkiyənin nüfuzlu "Sabah" qəzetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hazırlanmış Xocalı qətliamından bəhs edən klip barədə məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə vurğulanır ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın əksər ölkələrində anma mərasimləri keçirilib.

Leyla xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən beynəlxalq kampaniya çərçivəsində daha bir layihə də uğurla reallaşdırılıb.

Azərbaycanın məşhur rep qrupu "Dəyirman"ın ABŞ Dövlət Departamentinin xoşməramlı səfiri, məşhur rep ustası Toni Blekmen ilə birlikdə ifası əsasında çəkilmiş "Xocalıya ədalət" klipinin Moskva və Vaşinqtonla yanaşı, dünyanın 30 ölkəsində nümayiş edildiyi bildirilən yazıda Xocalı qətliamının insanlığa qarşı dəhşətli bir cinayət olduğu qeyd edilir.

Qəzetdə bildirilir ki, Leyla xanım Əliyeva tərəfindən Xocalı qətliamının beynəlxalq aləmdə tanınması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti