...

Qazaxıstan Prezidenti seçkilərdə iştirak edib

Siyasət Materials 3 Aprel 2011 09:15 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar günü ölkədə keçirilən növbədənkənar dövlət rəhbəri seçkilərində səs verib.
Qazaxıstan Prezidenti seçkilərdə iştirak edib

Qazaxıstan, Astana, 3 aprel /Trend, müxbir A.Maratov/

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bazar günü ölkədə keçirilən növbədənkənar dövlət rəhbəri seçkilərində səs verib.

Seçki məntəqələri Qazaxıstan vaxtı ilə səhər saat 07:00-dən axşam saat 20:00-dək açıq olacaq. Hakimiyyət tarixdə ən şəffaf seçkilərin olacağını vəd edir.

"Biz çox çətinliklər qeridə qoymuşuq, ancaq bundan sonra da dövlətin və cəmiyyətin modernizasiya üçün çox işlər görməliyik. Bugün dünya öz diqqətini Qazaxıstana yönləndirib.Biz tarixi seçkilər keçirik, belə ki bu il Qazaxıstanın müstəqilliyinin elan olunmasının 20 illiyidir." Nazarbayev bildirib.

İndiki fəaliyyətdə olan prezidentlə yanaşı, namizədlər arasında Kommunist Partiyasının sədri Jambıl Axmetbekov, Vətənpərvərlər Partiyasının lideri, senator Qəni Qasımov və "Tabiqat" ekoloji ittifaqının lideri Mels Yeleusizov var.

Ekspertlərin proqnozlarına görə, indiki dövlət rəhbəri seçkilərdə asanlıqla qələbə qazanacaq. 70 yaşlı Nazarbayev 20 ildən çoxdur hakimiyyətdədir və sorğulara əsasən, təxminən əhalinin 90 faizi tərəfindən dəstəklənir.

Seçkilərin gedişini ölkədə akkreditə olunan 1059 müşahidəçi müşahidə edir. Daha çoxsaylı missiya MDB (425 nəfər) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundandır (357 nəfər).

Qazaxıstan qanunvericiliyində iştirakın həddi nəzərdə tutulmayıb. Seçkilər səsverənlərin istənilən sayında baş tutacaq. Lakin seçicilərin fəallığı seçkilərin legitimliyinin mühüm faktoru hesab edilir.

Qazaxıstanda prezident seçkiləri yüksək iştirakla seçilir. 2005-ci ildə keçirilən son seçkilərdə seçicilərin 76,79 faizi iştirak edib.

Xəbər lenti

Xəbər lenti