...

Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhə xidmət edir - Salehi

Siyasət Materials 17 Aprel 2011 16:09 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülh və sabitliyə xidmət edir. Trend-in məlumatına görə bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Urmiyada keçirilən hər üç ölkənin xarici işlər nazirinin görüşündə çıxışı zamanı bildirib, məlumatı bazar günü Press TV kanalı yayıb.
Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülhə xidmət edir - Salehi

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli əməkdaşlıq regionda sülh və sabitliyə xidmət edir. Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi Urmiyada keçirilən hər üç ölkənin xarici işlər nazirinin görüşündə çıxışı zamanı bildirib, məlumatı bazar günü Press TV kanalı yayıb.

"Azərbaycan, İran və Türkiyənin üçtərəfli əməkdaşlığı təkcə üç ölkənin deyil, bütün regionun maraqlaqrına xidmət edir" deyə Salehi bilidirib.

Salehinin sözlərinə görə, üçtərəfli görüş regionda sülh sabitliyin yaranması üçün regionun digər ölkələri ilə əməkdaşlığın bazası ola bilər.

Şənbə günü Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Urmiyadakı üçtərəfli görüş zamanı birgə bəyənnamə qəbul edilmişdi. Doqquz maddədən ibarət olan bəyannamədə üç ölkə iqtisadi, təhlükəsizlik və siyasi əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti