...

Qazaxıstan və Azərbaycan parlament əməkdaşlığını möhkəmləndirmək niyyətindədirlər

Siyasət Materials 27 Aprel 2011 14:22 (UTC +04:00)
Qazaxıstan Azərbaycanı Qafqazda əsas tərəfdaş hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Astanada Qazaxıstan Məclisinin sədri Ural Muxamedjanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Qazaxıstan və Azərbaycan parlament əməkdaşlığını möhkəmləndirmək niyyətindədirlər

Qazaxıstan, Astana, 27 aprel /Trend, müxbir A.Maratov/

Qazaxıstan Azərbaycanı Qafqazda əsas tərəfdaş hesab edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Astanada Qazaxıstan Məclisinin sədri Ural Muxamedjanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Qazaxıstan Məclisinin spikeri iki ölkənin dövlət rəhbərlərinin daimi və şəxsi əlaqələrinin güclü impuls verdiyi ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini qeyd edib.

"Minlərlə qazaxıstanlı və azərbaycanlı hər iki dövləti doğma ev hesab edirlər", - o qeyd edib.

Məclis sədrinin sözlərinə görə, Qazaxıstanda yaşayan 85 minlik Azərbaycan diasporunun nümayəndələri ölkəmizin sosial-iqtisadi və ictimai inkişafına xeyli töhfə verən vacib "əlaqələndirici halqa"dırlar.

"Bu bizim qızıl körpümüzdür", - Muxamedjanov bildirib.

Qazaxıstan Parlamentinin divarları arxasında danışıqların əsas mövzusu Qazaxıstan lideri Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) yaradılması olub.

Azərbaycan Milli Məclisinin nüamyəndə heyətini salamlayan Muxamedjanov qeyd edib ki, Qazaxıstan parlamentariləri üçün azərbaycanlı həmkarlarını Astanada TÜRKPA iclasının iştirakçıları kimi qəbul etmək böyük şərəfdir.

"Xalqlarımızı çoxəsrlik qardaşlıq və mehriban qonşuluq əlaqələri birləşdirir", - Muxamedjanov qeyd edib.

Qazaxıstan və Azərbaycan arasında həm ikitərəfli formatda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində hökumətlərarası əlaqələrin fəal inkişafı haqqında da danışılıb. İki ölkənin hakim partiyaları arasında əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.

Öz növbəsində Oqtay Əsədov TÜRKPA-nın türk xalqları arasında sıx əlaqələrin möhkəmləndirilməsi işində xüsusi əhəmiyyətini vurğulayıb.

"Bizim ümumi məqsədimiz - parlamentlərarası münasibətlərin mexanizminin formalaşdırılması, siyasi baxışların yaxınlaşdırılması, informasiya mübadiləsi, türk mədəniyyətinin təbliği, iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, türk dünyasının problemlərinin həlli yollarının tapılmasıdır", - Əsədov qeyd edib.

Görüş zamanı hər iki tərəf yekdil fikir söyləyib ki, TÜRKPA öz potensialı baxımından zəngin tarixə və parlamentlərarası münasibətlərin inkişafı təcrübəsinə malik Avropa Parlamenti, ATƏT PA, İKT Parlament İttifaqı kimi digər nüfuzlu beynəlxalq təsisatlar arasında xüsusi yer tutmalıdır.

Xəbər lenti

Xəbər lenti