...

Azərbaycan və türk diasporları Nyu-Yorkda "Erməni yalanına yox deyək!" tələbi ilə yürüş keçiriblər (FOTO)

Siyasət Materials 2 May 2011 18:01 (UTC +04:00)
ABŞ-dakı Azərbaycan və türk diasporlarının üzvləri Nyu-Yorkun "Taymz" meydanına toplaşaraq, "Erməni yalanına yox deyək!" tələbi ilə yürüş keçiriblər.
Azərbaycan və türk diasporları Nyu-Yorkda "Erməni yalanına yox deyək!" tələbi ilə yürüş keçiriblər (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir M.Əliyev/

ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri Nyu-Yorkun "Taymz" meydanına toplaşaraq, "Erməni yalanına yox deyək!" tələbi ilə yürüş keçiriblər. Trend-in məlumatına görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər.

Azərbaycan və türk diasporlarının təşkil etdiyi aksiya ənənəvi olaraq hər il keçirilir və sayca yeddincidir.

Aksiyanın əsas məqsədi Amerikada yaşayan azərbaycanlıları və türkləri antierməni fəaliyyəti, birgə ideyalar ətrafında birləşdirməkdir.

Etiraz aksiyasında "Erməni yalanlarına inanmayın!", "İnsanlığa qarşı zülmə son!" kimi şüarlar səsləndirilib.

Ötən ildəkindən fərqli olaraq aksiyaya Nyu-Yorkda yaşayan azərbaycanlılar və türklərlə yanaşı, onların Vaşinqton, Pensilvaniya, Boston, Nyu-Cersi və Konnektikutdan olan tərəfdarları da qatılıb.

Xəbər lenti

Xəbər lenti