...

Gürcüstan-Azərbaycan sərhədində keçidin sadələşdirilməsi üzrə işlər artıq başlayıb - Baş nazir

Siyasət Materials 4 May 2011 16:13 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədində keçidin sadələşdirilməsi üzrə işlər artıq başlayıb - Baş nazir
Gürcüstan-Azərbaycan sərhədində keçidin sadələşdirilməsi üzrə işlər artıq başlayıb - Baş nazir

Gürcüstan, Tbilisi, 4 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycan, Türkiyə və Ermənistan ilə sərhədlərdə keçid prosedurunu daha da sadələşdirir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri Nika Qilauri deyib.Onun sözlərinə görə, yaxın vaxtlarda Sarpidə yeni gömrük buraxılış məntəqəsi işə başlayacaq. Bu, Gürcüstan-Türkiyə sərhədində keçid prosedurunu daha da sadələşdirəcək.

"Biz qonşu ölkələrlə keçid prosedurunun daha da sadələşdirilməsi üzərində işləyirik. Bu prosedurlar indi də sadələşdirilib, lakin güman edirəm ki, onları daha da sadələşdirmək olar. Sarpidə yeni gömrük buraxılış məntəqəsi açılanda Gürcüstan-Türkiyə sərhədini keçmək daha asan olacaq", - Qilauri bildirib.

Gürcüstan Baş nazirinin sözlərinə görə, analoji tədbirlər Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan sərhədi üçün də qəbul ediləcək. Bunun üçün siyasi iradə var və işlərə artıq başlanılıb.

"Bu istiqamətdə biz Azərbaycan və Ermənistanl ilə işləyirik. Hərçənd ki, bu istiqamətdə konkret addımlar atılmayıb, lakin bununla bağlı razılıq var", - Qilauri deyib.

Xəbər lenti

Xəbər lenti