...

Azərbaycan Prezidenti və xanımı "Evrovision - 2011"in qaliblərini təbrik edib

Siyasət Materials 15 May 2011 16:15 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək, onları Almanıyanın Düsseldorf şəhərində keçirilən 56-cı ,"Evrovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik ediblər, Prezidentin rəsmi saytı xəbər verir.
Azərbaycan Prezidenti və xanımı "Evrovision - 2011"in qaliblərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala telefonla zəng edərək, onları Almanıyanın Düsseldorf şəhərində keçirilən 56-cı ,"Evrovision - 2011" mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik ediblər, Prezidentin mətbuat xidməti xəbər verir.

Prezident və xanımı bu istedadlı gənclərə yeni-yeni uğurlar arzulayıblar.

Prezident İlham Əliyev və Mehriban xanım gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.

Xəbər lenti

Xəbər lenti