...

Sinqapur ordusu əsgərlərini planşetlərlə silahlandırır

Siyasət Materials 28 İyun 2011 16:57 (UTC +04:00)
Sinqapurun Müdafiə Nazirliyi hərbi xidmətə yeni çağırılmış şəx slərə səkkiz mindən artıq Apple iPad 2 planşetləri verməyə hazırlaşır.
Sinqapur ordusu əsgərlərini planşetlərlə silahlandırır

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Sinqapurun Müdafiə Nazirliyi hərbi xidmətə yeni çağırılmış şəxslərə səkkiz mindən artıq Apple iPad 2 planşetləri verməyə hazırlaşır. Trend-in AFP-yə istinadən verdiyi məlumata görə, əsgərlər " almalı" mexanizmlərin köməyi ilə döyüş meydanında şəkillər və videolar çəkəcək, daha sonra toplanan materialları Sinqapur Silahlı Qüvvələrinin onlayn platforması olan LEARNet-ə göndərəcəklər.

Hərbi qulluqçular qrup çatı vasitəsilə bir-biri ilə ünsiyyət qura biləcəklər. Əsgərlər planşetləri bu il alacaqlar, gələn il isə onları yeni əsgərlərə verməlidirlər. Gələcəkdə Sinqapur Silahlı Qüvvələri üçün hərbi ehtiyaclar üzrə mexanizmin ehtiyaclarını genişləndirən təhlükəsiz proqram hazırlanacaq. Bu ölkədə iPad 2-nin ən ucuz modeli 538 dollara yaxındır.

iPad, yaxud iOS bazasındakı digər qurğuların hərbi məqsədlər üçün istifadə edilməsi ilk dəfə deyil. Bu yaxınlarda ABŞ dəniz piyadalarının təyyarələri Apple-dən olan mexanizmlər üzrə naviqasiya sistemlərinin xeyrinə seçim ediblər. Bundan əlavə, Tuaw bloqu qeyd edir ki, ABŞ ordusu indi App Store proqramları anbarının şəxsi analoqu üzərində işləyir.

Xəbər lenti

Xəbər lenti