...

Dağlıq Qarabağ münaqişəsinin əsas prinsiplərinin razılaşdırılması birinci dərəcəli vəzifədir - ATƏT baş katibi

Siyasət Materials 21 İyul 2011 13:15 (UTC +04:00)
Cənubi Qafqaz bütün ATƏT məkanında təhlükəsizlik və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir və bu gün ATƏT regionda daha fəaldır.
Dağlıq Qarabağ münaqişəsinin əsas prinsiplərinin razılaşdırılması birinci dərəcəli vəzifədir - ATƏT baş katibi

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir Y.Ostapenko/

Cənubi Qafqaz bütün ATƏT məkanında təhlükəsizlik və sabitlik üçün mühüm əhəmiyyət kəsb edir və bu gün ATƏT regionda daha fəaldır. Trend-in məlumatına görə, bu barədə ATƏT-in baş katibi Lamberto Zanyer Trend-ə müsahibəsində bildirib.

"Təşkilatın siyasi rəhbərliyi ildə bir dəfə dəyişən sədrliyin sterateji səviyyəsini müəyyən edir, lakin hesab edirəm ki, siz ATƏT-in öz siyasətini daimi və ardıcıl apardığını görə bilərsiniz", - o deyib.

Zanyerin sözlərinə görə, təşkilat Azərbaycanda və Ermənistanda yerlərdəki fəaliyyəti vasitəsilə daxili islahatların dəstəklənməsi üçün işləyir.

"Gürcüstandakı vəziyyətə gəldikdə,biz inzibati sərhədlərin hər iki tərəfində su təchizatı sahəsindəki layihərin həyata keçirilməsi və qarşılıqlı fəaliyyətimizi gücləndirə biləcəyimiz yolların öyrənilməsi üzərində işləyirik", - ATƏT baş katibi bildirib.

Onun sözlərinə görə, ATƏT həmçinin əvvəlki kimi razılaşdırılmış formatlar olan Fransa, Rusiya və ABŞ-ın sədrliyi altında ATƏT-in Minsk qrupu və ATƏT, Aİ və BMT-nin rəhbərliyi altında Cenevrə danışıqları vasitəsilə regiondakı həlli yubanan münaqişələrin nizama salınmasına ciddi kömək etməyə hazırdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Cenevrə danışıqları 2008-ci ilin avqustunda Gürcüstandakı silahlı münaqişədən sonra avqustun 12-də atəşkəs rejimi haqqında sazişə uyğun təşkil edilib.
2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcüstan qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və iki tanınmamış respublikanı işğal olunmuş ərazi elan edib.

ATƏT baş katibinin sözlərinə görə, onun təyinatı siyasi dəyişiklik məsələsindən daha çox, fasiləsiz uyğunlaşma prosesidir.

"İşimiz və yanaşmalar bundan sonra da təhlükəsizlik sahəsində tələblərin dəyişdirilməsinə cavab olaraq inkişaf edəcək. Biz nə ediriksə, hamısı təşkilata üzv olan 56 dövlətin razılaşdırılmış konsensusu əsasında edirik. Bu o deməkdir ki, Cənubi Qafqaz respublikaları Azərbaycan, Gürcüstan və Ermənistan təkcə bizim səylərimizin "tələbatçıları" deyillər, həm də bütün ATƏT məkanında təşkilatın ümumilikdə təhlükəsizlik, çiçəklənmə və demokratiyaya yardım üzrə işinə töhfə verən tərəflərdirlər", - Zanyer deyib.

Qurumun baş katibinin sözlərinə görə, o, razılaşdırılmış formatlar yolu ilə uzunsürən münaqişələrin həlli üzrə səyləri tam dəstəkləyir və irəliləyişin əldə oluna biləcəyinə əmindir.

"Bu yaxınlarda MQ həmsədrləri ilə görüşdüm. Onların fikirlərini bölüşürəm ki, əsas prinsiplər birinci dərəcəli vəzifə kimi elə razılaşdırılmalıdır ki, tərəflər sülh nizamlanması üzrə hər şeyi əhatə edən sənədin işlənməsinə keçə bilsinlər", - Zanyer deyib.

O bildirib ki, insidentlərin qarşısının alınması və reaksiya mexanizmlərinin işlənməsi üzrə Cenevrə müzakirələri təhlükəsizlik problemlərinin və humanitar məsələlərin həllində irəliləyişə nail olur. Zanyerin sözlərinə görə, su layihələrinin ardıcıl redallaşdırılması ümid verir, bundan başqa ATƏT qaz tədarükü probleminin həlli üzərində çalışır.

Onun sözlərinə görə, o, ATƏT məkanında münaqişələrin qarşısının alınması Mərkəzinin direktoru kimi Azərbaycana, Gürcüstana və Ermənistana səfər etməkdən məmnunluq duyur.

"İş cədvəlim imkan verən kimi yeni vəzifədə regiona səfər etməyi səbirsizliklə gözləyirəm. Gələcək səfərlərimdən region ölkələrinin rəhbərləri ilə Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitlik işində ATƏT-ə veriləcək effektiv töhfənin gələcəkdə genişləndirilməsinin mümkünlüyünü müzakirə etmək üçün istifadə etmək istəyirəm", - o deyib.

Xəbər lenti

Xəbər lenti