...

Türkiyə Prezidenti suriyalı həmkarını islahatçı lider olmağa çağırıb

Siyasət Materials 12 Avqust 2011 16:24 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül suriyalı həmkarı Bəşşar Əsədə məktub göndərib. Məktubda Abdullah Gül Bəşşar Əsədə ərəb dünyasındakı dəyişikliyə əngəl olan deyil, dəyişiklik edən lider olmağı tövsiyə edib.
Türkiyə Prezidenti suriyalı həmkarını islahatçı lider olmağa çağırıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Türkiyə Prezidenti Abdullah Gül suriyalı həmkarı Bəşşar Əsədə məktub göndərib. Məktubda Abdullah Gül Bəşşar Əsədə ərəb dünyasındakı dəyişikliyə əngəl olan deyil, dəyişiklik edən lider olmağı tövsiyə edib. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verib.

Suriyanın bir çox şəhərlərində ordu ilə Prezident Bəşşar Əsədin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar zamanı 1000-dən çox nümayişçi qətlə yetirilib. Suriya rəsmiləri bu rəqəmin 100-dən az olduğunu və qətlə yetirilənlərin dinc əhali deyil, silahlı terror qruplaşmalarının üzvləri olduğunu bildirib.

Suriyada baş verən hadisələrə etiraz olaraq Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn bu ölkədəki səfirlərini geri çağırıblar.

Avqustun 9-da Suriyaya səfər edən Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu açıqlamasında ölkəsinin Suriyadakı vəziyyəti diqqətlə izlədiyini və bu ərəb dövlətində yaxın zamanda siyasi islahatların aparılacağına ümid etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti