...

Prezident İlham Əliyev Aslan Aslanovu "Şöhrət" ordeni ilə təltif edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Avqust 2011 20:10 (UTC +04:00)

Üçüncü abzas əlavə olunub (ilk xəbər 19:14-də yayılıb)

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Aslan Əhməd oğlu Aslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Aslan Aslanov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenə layiq görülüb.

Avqustun 18-də dünyada ən qocaman informasiya agentliklərindən birinin rəhbərinin 60 yaşı tamam olub. Aslan Aslanov 2002-ci ildən AzərTAc-a rəhbərlik edir. Bu müddətdə agentlik xeyli genişlənib, onun maddi-texniki bazası möhkəmlənib, əməkdaşların peşəkarlıq səviyyəsi artıb, əsasən xarici informasiya məkanına işləyən yeni bölmələr yaranıb, beynəlxalq əməkdaşlıq genişlənıb.

Xəbər lenti

Xəbər lenti