Azərbaycan, Bakı, 22 avqust /Trend/
İran Prezidenti Mahmud Əhmədinejad Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bəyan edib ki, Qərbin regiondakı böhranlara müdaxiləsi yolverilməzdir. Trend-in məlumatına görə, bu barədə İranın "Irib News" telekanalının rəsmi saytı xəbər verib.
"Demokratiya, azadlıq və ədalət xalqın hüququdur. Lakin hegemon dövlətlər tərəfindən bu amildən regionda baş verən proseslərə müdaxilə etmək üçün istifadə olunması vəziyyəti daha da dərinləşdirir. Liviya buna misaldır", - Əhmədinejad deyib.
O, həmçinin əlavə edib ki, İran regionda ədalətin və demokratiyanın bərqərar olması üçün Türkiyə ilə əməkdaşlıq etməyə hazırdır.
Türkiyə Suriya ilə dost münasibətlərə malik olmasına baxmayaraq, Prezident Bəşşar əl-Əsədin nümayişçilərə qarşı hərəkətini tənqid edib. Lakin rəsmi Tehran böhranın həlli ilə bağlı əl-Əsədin yürütdüyü siyasəti dəstəkləyir və vəziyyəti daxili işlərə müdaxilə kimi qiymətləndirir.