...

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Siyasət Materials 5 Sentyabr 2011 14:46 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısı Filipp Lefortu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Avropa İttifaqı ilə region ölkələri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ketrin Eştonun region ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərdiyini dedi.

Dövlətimizin başçısı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ketrin Eştona çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti