...

Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Ukraynanın xarici siyasətində əsas prioritetlərdəndir

Siyasət Materials 19 Sentyabr 2011 19:07 (UTC +04:00)
Ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşüb.
Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Ukraynanın xarici siyasətində əsas prioritetlərdəndir

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko ilə görüşüb.

Trend-in Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edən nazir zəngin müqavilə-hüquq bazasına söykənən bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulayıb. Həmçinin, Ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin hüquqi əlaqələrin genişləndirilməsi üçün böyük zəmin yaratdığı, qarşılıqlı fəaliyyətin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyi bildirilərək, onun inkişafı üçün geniş imkanların olduğu söylənilib.

Səfir Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində Ukrayna Prezidentinin güclü siyasi iradəsini qeyd edərək, bu məsələnin ölkəsinin xarici siyasətində əsas prioritetlərdən olduğunu, regional təhlükəsizliyin qorunmasında dövlətlərimizin mühüm rolunu vurğulayıb. Ukrayna və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən dinamik inkişafı, o cümlədən ticarət dövriyyəsinin yüksəlişini, ölkəsində Azərbaycan icmasının uğurlu fəaliyyət göstərdiyini bildirən qonaq münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

Görüşdə, həmçinin, bu yaxınlarda Ukraynada keçiriləcək mühüm beynəlxalq konfranslarda Azərbaycan Ədliyyə Nazirliyinin məsul nümayəndələrinin iştirakı qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılıb.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti