...

Türkiyə sularında silah daşıyan Suriya gəmisi saxlanılıb

Siyasət Materials 24 Sentyabr 2011 14:07 (UTC +04:00)
Türkiyə sularında Suriyaya istiqamətində hərəkət edən silahla yüklənmiş Suriyaya məxsus gəmi saxlanılıb.
Türkiyə sularında silah daşıyan Suriya gəmisi saxlanılıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə sularında Suriyaya istiqamətində hərəkət edən silahla yüklənmiş Suriyaya məxsus gəmi saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. Xəbəri "CNN Turk" yayıb.

Ərdoğan qeyd edib ki, Ankara Türkiyə vasitəsilə Suriyaya silah daşımaq üçün istənilən cəhdin qarşısını alacaq.

Bundan əvvəl Ərdoğan bəyan edib ki, Türkiyə Suriyanın hərbi yüklərinin daşınması üçün öz hava nəqliyyatını bağlayıb.

Baş nazirin sözlərinə görə, qadağa ABŞ ilə danışıqlardan sonra tətbiq edilib. Həmin danışıqlar nəticəsində Suriya hakimiyyətinə qarşı sanksiyaların gücləndirilməsi barədə qərar qəbul edilib.

Ötən həftə Avropa Parlamentinin deputatları Suriya Prezidenti Bəşşar əl-Əsədi istefaya çağıran qətnamə qəbul ediblər. Avropa deputatları habelə Suriya hakimiyyətindən nümayişçilərə qarşı güc tətbiq edilməsinin dərhal dayandırılmasını tələb ediblər.

Suriyada kütləvi etiraz aksiyaları martın ortalarından ölkənin cənubundakı Dəra şəhərindən başlayıb, daha sonra isə ölkənin digər regionlarını əhatə edib. BMT-nin məlumatına görə, toqquşma qurbanlarının sayı 2,7 min nəfəri ötüb. Suriya hakimiyyəti hər iki tərəfdən 1,4 min nəfərin həlak olduğunu bildirir. Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı Əsədi istefaya çağırır.

Xəbər lenti

Xəbər lenti