...

Azərbaycanın hakim partiyasının rayon və şəhər təşkilatları hesabat-seçki konfranslarına start verəcək

Siyasət Materials 24 Sentyabr 2011 17:06 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının rayon və şəhər təşkilatları hesabat-seçki konfranslarına start verəcək
Azərbaycanın hakim partiyasının rayon və şəhər təşkilatları hesabat-seçki konfranslarına start verəcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir B.Hacıyev/

Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Trend-in YAP-ın saytına istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib.

Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı partiyamızın inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Onun sözləinə görə, bu inkişaf YAP-ın gücünü, nüfuzunu artırır, eləcə də gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir.

"Hazırda partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. Bu ilin altı ayı ərzində YAP-ın sıralarına 15 min nəfərə yaxın Azərbaycan vətəndaşı daxil olub. Sevindirici haldır ki, partiyamızın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin YAP-ı seçməsi partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bütün vətəndaşlar, xüsusilə gənclər tərəfindən dəstəklənməsindən xəbər verir"- deyə YAP Sədrinin müavini vurğulamışdır.

Əhmədov bildirib ki, YAP-ın Nizamnaməsinin normalarına uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsinin zamanı çatıb. Onun sözlərinə görə, müşavirə məhz bu konfranslara hazırlıq məsələlərinə həsr olunub.

"Hesab edirəm ki, bu, partiya daxilində böyük bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Düşünürəm ki, YAP-ın artan nüfuzu, güclənən mövqeləri nəzərdə tutduğumuz konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyamızın həyatında əhəmiyyətli hadisə olacaqdır"- deyə YAP Sədrinin müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti