...

"WikiLeaks"in hesabatları ABŞ-ın rəsmi mövqeyini əks etdirmir - Metyu Brayza

Siyasət Materials 28 Sentyabr 2011 14:41 (UTC +04:00)
ABŞ Dövlət Departamenti "WikiLeaks" saytında dərc olunmuş hesabatları təsdiqləmir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
"WikiLeaks"in hesabatları ABŞ-ın rəsmi mövqeyini əks etdirmir - Metyu Brayza

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.Javoronkova/

ABŞ Dövlət Departamenti "WikiLeaks" saytında dərc olunmuş hesabatları təsdiqləmir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

"Biz "WikiLeaks" saytında yerləşdirilən Dövlət Departamenti və digər rəsmi strukturların hesabatlarının səhihliyini təsdiq etmirik", - Brayza deyib.

Onun sözlərinə görə, belə məlumatlar yalnız ayrı-ayrı məmurların şəxsi fikrini əks etdirir və doğru olması vacib deyil.

"Biz diplomatlar başqa adamlar kimi şəxsi yazışma və həmkarlarımızla əlaqə saxlamaq hüququna malikik", - Brayza bildirib və əlavə edib ki, ABŞ Dövlət Departamenti belə hesabatların çap olunmasını qəbahətli hesab edir.

"WikiLeaks" saytı tərəfindən diplomatik məlumatlar ötən ilin sonundan dərc edilir. Bu sənədlərin açıqlanması əksr dövlətlərin imicini şübhə altına salıb, belə ki, şəxsi yazışmalarda dövlətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edən fikirlərini bildirən xeyli sayda ölkə diplomatlarının ikili siyasəti ifşa olunub.

Nəşr olunmuş sənədlər arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfirinin Dövlət Departamenti ilə yazışmaları da yer alıb.

Xəbər lenti

Xəbər lenti