...

Suriya Prezidentinin tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyini daşa basıblar

Siyasət Materials 29 Sentyabr 2011 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Suriya Prezidenti Bəşşar əl-Əsədin tərəfdarları ABŞ-ın Dəməşqdəki səfirliyini daşa basıblar. Bu barədə Trend cümə axşamı "əl-Cəzirə" telekanalına istinadən xəbər verir.

Bundan əvvəl əl-Əsədin tərəfdarları ABŞ, eləcə də Fransa səfirliyinə hücum ediblər. Hücumlar ABŞ səfiri Pobert Fordun iyulda hökumət əleyhinə çıxışların mərkəzi olan Hums şəhərinə səfərindən sonra başlayıb.

Suriya hakimiyyəti Fordun hərəkətini ölkədə təhlükəsizliyi və sabitliyi təhdid edən "vəziyyəti ağırlaşdırmaq cəhdi" kimi qiymətləndirib.

O vaxt Suriya XİN-in ölkə televiziyası ilə yayımlanan bəyanatında deyilirdi ki, amerikalı səfir Humsda "terrorçularla görüşüb və onları etiraza, zorakılığa və dialoqdan imtina etməyə çağırıb".

Suriyada artıq yarım ildən artıqdır ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir. Rejim əleyhdarları hakimiyyətə müxalif orqanı kimi Milli Keçid Şurası yaradıblar.

Xəbər lenti

Xəbər lenti