...

Yəməndə "əl-Qaidə" lideri öldürülüb - telekanal (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Sentyabr 2011 15:15 (UTC +04:00)
Yəmən Müdafiə Nazirliyi "əl-Qaidə" terror təşkilatının lideri Ənvər əl-Əvlakinin öldürülməsi barədə bəyanat verib.
Yəməndə "əl-Qaidə" lideri öldürülüb - telekanal (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra əlavə olunub (ilk xəbər saat 14:00-da yayılıb)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yəmən Müdafiə Nazirliyi "əl-Qaidə" terror təşkilatının lideri Ənvər əl-Əvlakinin öldürülməsi barədə bəyanat verib. Bu barədə Trend cümə günü "əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

Nazirliyin məlumatında bildirilir ki, onun yanında olan təşkilatın digər üzvləri - bəzi terrorçular da öldürülüb.

Ötən ilin dekabr ayında Yəmən hökuməti əl-Əvlakinin məhv edilməsi barədə bəyanat vermişdi, lakin bir müddət sonra məlum oldu ki, bu məlumat yalandır.

ABŞ hakimiyyəti əl-Əvlakinin adını 2010-cu ilin aprel ayında saxlanılmalı və məhv edilməli olan şəxslərin siyahısına daxil edib. 2010-cu ilin noyabr ayında Yəmən hakimiyyəti əl-Əvlakini xarici vətəndaşların öldürülməsinə təşviq və silahlı birləşmə təşkil etməkdə ittiham edib. 2011-ci ilin fevral ayında ABŞ hakimiyyəti elan edib ki, o, bu vaxta qədər "əl-Qaidə"nin lideri Üsamə ibn Ladendən daha da təhlükəli olub.

Xəbər lenti

Xəbər lenti