...

Nikola Sarkozi Azərbaycanın birinci xanımına "Şərəf Legionunun Zabiti" ordenini təqdim edib

Siyasət Materials 7 Oktyabr 2011 16:59 (UTC +04:00)
Oktyabrın 7-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət ordeni ilə təltif olunma mərasimi keçirilib
Nikola Sarkozi Azərbaycanın birinci xanımına "Şərəf Legionunun Zabiti" ordenini təqdim edib

Oktyabrın 7-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunma mərasimi keçirilib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi mərasimdə iştirak ediblər.

Mərasimdə Fransa Prezidenti Nikola Sarkozi çıxış etdi.

Fransa dövlətinin başçısı "Şərəf Legionunun Zabiti" ordenini Azərbaycanın birinci xanımına təqdim etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək Fransa Prezidentinə Nikola Sarkoziyə minnətdarlığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti