...

GUAM PA və Baltik Assambleyasının Bakıda keçirilən beynəlxalq konfransında qətnamə qəbul edilib

Siyasət Materials 11 Oktyabr 2011 18:13 (UTC +04:00)
GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransının yekununda qətnamə qəbul edilib.
GUAM PA və Baltik Assambleyasının Bakıda keçirilən beynəlxalq konfransında qətnamə qəbul edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən "Sərhədlər üzərindən əlaqələrin qurulması" adlı birgə beynəlxalq konfransının yekununda qətnamə qəbul edilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirib.

Baltik Assambleyasının vitse-prezidenti, Latviya nümayəndə heyətinin rəhbəri Yanis Reise bildirib ki, qətnamədə konfrans iştirakçıları beynəlxalq ictimaiyyəti GUAM ölkələrinin ərazi bütövlüyünün sülh yolu ilə həllini dəstəkləməyə çağırıb.

Onun sözlərinə görə, Baltikyanı ölkələrlə GUAM ölkələrinin yüksək səviyyəli əməkdaşlığı mövcuddur.

BA rəsmisi qeyd edib ki, GUAM ölkələrinin maraqlarını Avropaya çatdırmaq üçün noyabrın sonlarında Benilüks Assambleyasında görüş keçiriləcək.

GUAM PA-nın sədri, qurumdakı Moldova nümayəndə heyətinin rəhbəri Anatoli Dimitriu isə bildirib ki, noyabr ayında GUAM-ın büro toplantısı keçiiriləcək. "Bu, başlanğıcdır və qarşımıza məqsəd qoymuşuq ki, mütəmadi görüşlər keçirək və dövlətlərimiz üçün zəruri məsələləri müzakirə edək", - o deyib.

Məmmədov həmçinin qeyd edib ki, BA daim dondurulmuş münaqişələri diqqətdə saxlayır və bu məsələni qaldırır. Dünən və bu gün keçirilən iclaslarda Azərbaycan tərəfi iştirakçı ölkələrin nümayəndə heyətləri qarşısında Ermənistana silah satışı ilə bağlı məsələni araşdırmağı və ölkələrində bu məsələni qaldırmağı xahiş edib.

Məmmədov deyib ki, BA ilə GUAM PA arasında mütəmadi görüşlər keçirilir. Növbəti görüş isə noyabrın sonunda BA-nın iclasında olacaq.

Millət vəkili deyib ki, GUAM açıq təşkilatdır və istənilən dövlət burada təmsil oluna bilər.

Xəbər lenti

Xəbər lenti