...

Azərbaycan və Argentina arasında mövcud müqavilə-hüquq bazası genişləndiriləcək

Siyasət Materials 13 Oktyabr 2011 18:28 (UTC +04:00)
Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümontla görüş keçirib.
Azərbaycan və Argentina arasında mövcud müqavilə-hüquq bazası genişləndiriləcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir S.Ağayeva/

Xarici islər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Argentinanın xarici işlər üzrə katibinin müavini xanım Norma Nasimbene de Dümontla görüş keçirib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Argentina münasibətləri, iki ölkə arasında mövcud olan müqavilə-hüquq bazasının vəziyyəti müzakirə edilib və bunun genişləndirilməsinin vacibliyi qeyd olunub. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, qarşılıqlı səfərlərin ölkələrarası münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynadığını bildiriblər.

Nazir Elmar Məmmədyarov, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə aparılan danışıqların hazırkı durumuna dair məlumat verib.

Həmçinin, görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti