...

Mehriban xanım Əliyeva İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb (FOTO)

Siyasət Materials 14 Oktyabr 2011 20:03 (UTC +04:00)
Mehriban Əliyeva oktyabrın 14-də İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mehriban xanım Əliyeva İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva oktyabrın 14-də İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycanın birinci xanımı İtaliya nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, onları Azərbaycanın paytaxtında görməkdən məmnun olduğunu bildirib. Mehriban xanım Əliyeva Fondun fəaliyyətindən danışıb. Birinci xanım deyib ki, Fond Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirib.

Dostluq qrupunun Azərbaycana səfərini yüksək qiymətləndirən Mehriban xanım Əliyeva bu səfərin iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini vurğulayıb. Qonaqların işinə uğur diləyən Heydər Əliyev Fondunun Prezidenti səfər çərçivəsində onları Azərbaycan xalqının fəxarət mənbəyi olan Bakı ilə yaxından tanış olmağa dəvət edib.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldi Heydər Əliyev Fondunun Prezidentinə görüş üçün təşəkkürünü bildirib. Xanım Boldi deyib ki, Bakıya 9 nəfərlik nümayəndə heyəti ilə gəlmələri İtaliya hökumətinin Azərbaycana verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Xəbər lenti

Xəbər lenti