...

Qəddafinin oğlu atasının qisasını alacağını bəyan edib

Siyasət Materials 23 Oktyabr 2011 12:58 (UTC +04:00)
Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam öz tərəfdarlarına müraciət edərək bildirib ki, sağdır və Liviyanın ərazisindədir. Trend-in məlumatına görə, o, həmçinin Liviya Milli Keçid Şurasının qüvvələrinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.
Qəddafinin oğlu atasının qisasını alacağını bəyan edib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-İslam öz tərəfdarlarına müraciət edərək bildirib ki, sağdır və Liviyanın ərazisindədir. Trend-in məlumatına görə, o, həmçinin Liviya Milli Keçid Şurasının qüvvələrinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Seyf əl-İslamın müraciətini bu gecə Suriyadan yayımlanan Qəzzafiyə sadiq "Ər-ray" telekanalı yayıb. Bu barədə RİA Novosti agentliyi məlumat verib.

"Biz müqavimətimizi davam etdirəcəyik. Mən Liviyadayam, azadlıqdayam və sona qədər mübarizə apararaq qisas almaq niyyətindəyəm" - Qəddafinin oğlu bəyan edib.

Bundan əvvəl internet saytlarının birində Qəddafinin tərəfdarlarının bəyanatı yayılmışdı. Bayanatda Seyf əl-İslamın varis elan olunduğu və üsyançılara qarşı mübarizədə komandanlığın ona keçdiyi bildirilmişdi.

Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib.

Onun ailəsinin bəzi üzvləri - həyat yoldaşı Safiyə, qızı Aişə, oğlanları Məhəmməd və Hannibal Əlcəzairə qaçıblar.

Xəbər lenti

Xəbər lenti