...

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Siyasət Materials 25 Oktyabr 2011 18:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.

"Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Biz Azərbaycan-Avstriya münasibətlərinə böyük əhəmiyyət veririk. Bu mənada siyasi, iqtisadi və mədəni əlaqələrimizin hazırkı inkişaf dinamikası xüsusi məmnunluq doğurur.

Əminəm ki, bu günlərdə ölkəmizə səfəriniz, Bakıda keçirdiyimiz görüşlər, ikitərəfli münasibətlərimizin gündəliyinə dair apardığımız dəyərli müzakirələr əlaqələrimizin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə mühüm töhfələr verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Haynts Fişerə möhkəm cansağlığı, işlərində uğurlar, dost Avstriya xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti