...

Azərbaycanlı deputat Stokholm şəhər bələdiyyə məclisinin üzvü ilə görüşüb

Siyasət Materials 30 Oktyabr 2011 16:25 (UTC +04:00)
İsveçdə səfərdə olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Stokholmda İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhər Bələdiyyə Məclisinin üzvü Hasan Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel və təşkilatın fəalları ilə görüşüb.
Azərbaycanlı deputat Stokholm şəhər bələdiyyə məclisinin üzvü ilə görüşüb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İsveçdə səfərdə olan millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Stokholmda İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhər Bələdiyyə Məclisinin üzvü Hasan Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel və təşkilatın fəalları ilə görüşüb.

Görüşlər zamanı millət vəkili Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın etnik təmizləmə siyasəri apararaq 200 mindən çox azərbaycanlını Ermənistandan öz tarixi ata-baba yurdlarından, torpaqlarından zorla çıxarması, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, qəbiristanlıqları dağıtmaları, dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, Xocalı, Qaradağlı, Bağanıs Ayrım soyqırımları, rəsmi İrəvanın 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki öz evinə, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar vermişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə də danışan millət vəkili ATƏT-in Minsk qrupunun üzvü kimi İsveçin də Dağlıq Qarabağ probleminin ədalətli həllində səylərini artırmasının vacibliyini diqqətə çatdırıb.

Millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən İsveçdə yaşayan Türk millətinin nümayəndələri Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. O, İşveçdə yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, biri-birilərinə sıx dəstək verərək çalışmalarının və Türk Dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmaların artmasının vacibliyini diqqətə çatdırıb. "Türk Dünyasının harasında baş verməsindən asılı olmayaraq birimizin ağrısı, problemi, faciəsi hamımızın olmalı və onun aradan qaldırılması istiqamətində harada doğulmasından asılı olmayaraq bütün Türk insanı bərabər mübarizə aparmalıdır", - deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, o zaman biz daha tez və müsbət nəticələr əldə bilərik. İsveçdə 150 mindən çox Türk kökənli insan yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və səslərini İsveç ictimaiyyətinə daha geniş çatdıra bilmək üçün böyük bir potensial olduğunu bildirib. İsveç Türk İşçi Dərnəkləri Federasiyasının rəhbəri, Stokholm Böyük Şəhər Bələdiyyə Məclisinin üzvü Hasan Dölek, Türk Gənclər Federasiyasının sədri Erol Yücel və təşkilatın fəalları bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumatlar vermiş, ətraflı fikir mübadiləsi aparılmışdır. Onlar Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eyni zamanda Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində təşkilatlarının səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildiriblər və bu istiqamətdə geniş müzakirələr aparılıb.

Millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri ilə bağlı kitablar və materiallar da təqdim edib və onları Azərbaycana dəvət edib.







Xəbər lenti

Xəbər lenti