...

Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb

Siyasət Materials 12 Noyabr 2011 11:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə şənbə günü Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb
Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə şənbə günü Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb.

Fövqəladə Hallar Nazirliyindən şənbə günü Trend-ə bildiriblər ki, 10 avtomobildən ibarət yardım karvanı İran ərazisindən keçərək Türkiyəyə daxil olacaq. Karvanla zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir.

Məlumata görə, dövlət başçısının göstərişi ilə bundan əvvəl 1250 ədəd çadır, 700-ə yaxın yataq dəsti, 5 min adyal, 40 generator, 40 mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılıb. Bu, artıq Türkiyənin Van bölgəsinə göndərilən üçüncü yardım karvanıdır.

Qeyd edək ki, noyabrın 9-da Vanda 5,6 bal gücündə növbəti zəlzələ baş verib. Bu zəlzələ nəticəsində hazırda ölənlərin sayı 30-a çatıb.

Oktyabrın 23-də isə baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində isə 600-dən artıq insan həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti