...

XİN Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat verib

Siyasət Materials 18 Noyabr 2011 15:26 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada noyabrın 13-də keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat verib.
XİN Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 18 noyabr / Trend müxbir S.Ağayeva/

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada noyabrın 13-də keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat verib.

Nazirlikdən cümə günü Trend-ə verilən məlumata görə, bəyanatda XİN Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirir və Cənubi Osetiyada keçirilmiş qondarma "prezident seçkiləri"ni tanımadığını bəyan edir.

Bəyanatda qeyd edilir ki, XİN münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.

Xəbər lenti

Xəbər lenti