...

Azərbaycanda saat 15:00 üçün 18,83 faiz seçici səs verib

Siyasət Materials 30 Noyabr 2011 15:56 (UTC +04:00)
Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 15:00-a olan məlumata görə, 18,83 faiz (217 681 seçici) təşkil edir.
Azərbaycanda saat 15:00 üçün 18,83 faiz seçici səs verib

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə seçici fəallığı yerli vaxtla 15:00-a olan məlumata görə, 18,83 faiz (217 681 seçici) təşkil edir. Trend-in məlumatına görə, bu barədə MSK nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov bildirib.

"Bu seçkilərin bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər olduğunu nəzərə alsaq, seçicilərin aktivliyini qənaətbəxş hesab etmək olar", - Hüseynov qeyd edib.

Onun sözlərinə görə, MSK-nın "Qaynar xəttinə" bu saatadək hər hansı şikayət xarakterli müraciət daxil olmayıb.

Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər yerli vaxtla 08:00-da başlayıb.

330 bələdiyyə üzrə 464 yerə 1549 nəfər öz namizədliyini irəli sürüb. Hər boş yerə dörd nəfərə yaxın namizəd düşür. Seçkilərə 9 siyasi partiyanı təmsil edən namizədlər qatılıb - Yeni
Azərbaycan, Ana Vətən, Ümid, Azərbaycan Sosial Rifah, Vətəndaş Həmrəyliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Vətəndaş Birliyi partiyaları. Namizədlərdən 709 nəfəri bitərəfdir.

Seçkiləri izləmək üçün 9923 müşahidəçi qeydiyyatdan keçib. Seçkilərdə 1 155 864 nəfərin səsvermə hüququ var.

MSK səsvermənin gedişatı barədə məlumatı həmçinin 17:00 və 19:00-da verəcək.

Xəbər lenti

Xəbər lenti