...

Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Siyasət Materials 1 Dekabr 2011 13:54 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Səfər Əbiyev 2012-ci ilin əvvəllərində İrana səfər edəcək. Səfər zamanı Əbiyev iranlı həmkarı Əhməd Vəhidi ilə görüşəcək və iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını müzakirə edəcək.
Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycanın müdafiə naziri Səfər Əbiyev 2012-ci ilin əvvəllərində İrana səfər edəcək. Səfər zamanı Əbiyev iranlı həmkarı Əhməd Vəhidi ilə görüşəcək və iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığını müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfirliyinin hərbi attaşesi Mehman Süleymanov İranın İRNA dövlət xəbər agentliyinə bildirib.

"İran və Azərbaycan müdafiə nazirləri hər il görüşlər keçirir və bu görüşlər iki ölkə arasında, xüsusilə müdafiə sahəsində əlaqələrin daha da genişləndirilməsinə yönəlmiş addımlardan biridir", - Süleymanov deyib.

O əlavə edib ki, Azərbaycan hökuməti İranla bütün sahələrdə, xüsusən müdafiə sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.

Hərbi attaşe bildirib ki, Azərbaycan və İran arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensial var və hər iki ölkə bu potensialdan düzgün istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti